You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Loading...

U.F.E. haqqımızda

U.F.E. Shipping MMC 2009-cu ildə təsis edilmiş və bu gün Qafqaz regionunda ən etibarlı və peşəkar nəqliyyat şirkətlərindən biri kimi özünü sübut etmişdir. Uniworld Logistics, EMO Trans və GEFCO kimi Qlobal logistika şirkətlərinin şəbəkə ortaqlarıyıq. Həmçinin JCTRANS logistika şəbəkəsinin tərkibinə daxil olmaqla yanaşı, Hapag Lloyd gəmi xəttinin subagentiyik. Qeyd edək ki, həm Azərbaycanda, həm də Gürcüstanda ofislərimiz fəaliyyət göstərir.

2021 - ci il

Doğru seşim - U.F.E. Shipping MMC. Yük daşımada zirvələri fəth edin. Hər kiçik və böyük şirkətlə əməkdaşlıq etməyə hər zaman hazırıq.

  • 10 ildən artıq təcrübə

    10 ildən artıqdır ki, şirkətimiz müştərilərin yüklərini qüsursuz şəkildə çatdıraraq, bu illər ərzində əvəzolunmaz təcrübə qazanaraq və xidmətlərin coğrafiyasını genişləndirərək əla komanda formalaşdırmışdır.

  • Müştəri ehdiyaclarının tam qarşılanması

    U.F.E. Shipping MMC öz müştərilərinin ehtiyaclarına yönəlmiş müasir xidmət göstərir ve hər keçən gün şirkət göstərilən xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırır. Siz də yüklərinizi bizə həvalə edərək, güvənilir yükdaşıma xidmətimizdən yararlana və xəbərdarlıq xidmətləri (SMS, e-poçt) sayəsində bütün yol boyunca yükün vəziyyətindən məlumat ala biləcəyinizdən əmin ola bilərsiniz. .

  • Keyfiyyətə zəmanət

    İldən-ilə daşımaların keyfiyyətini yüksəltmək və əsas göstəricilərə (vaxtında çatdırılma, yüklərin təhlükəsizliyi və müşayiət edən sənədlərin qaytarılması) diqqət etməyə çalışırıq. Müşayiət xidmətinin menecerləri və sutka ərzində dəstək xidməti yüklərin daşınması zamanı yaranan istənilən məsələni operativ şəkildə həll etməyə hazırdır...